Seul Mərkəzi Rayon Məhkəməsi Şimali Koreyaya dron göndərmək işi üzrə Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun məhkəməyəqədər həbs müddətini uzadıb.
Ucnoqta.az bildirir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat verib.
Həbs üçün hüquqi əsas prokurorun təqsirləndirilən şəxsin azadlıqda olarkən sübutları məhv etməyə cəhd edə biləcəyi ilə bağlı narahatlığı olub. Məhkəmə bu narahatlıqları haqlı hesab edib.
Yun Sok Yolun məhkəməyəqədər həbs müddətinin 18 yanvarda başa çatacaqdı. İndi o, daha altı ay həbsdə qala bilər. Cənubi Koreyanın cinayət qanunvericiliyinə görə, məhkəmədə təqsirləndirilən şəxsin maksimum həbs müddəti altı aydır, lakin prokurorlar təqsirləndirilən şəxsə qarşı yeni ittihamlar irəli sürərsə, həbs müddəti uzadıla bilər.
Bu, Cənubi Koreya məhkəməsinin Yun Sok Yolun hərbi vəziyyət elan etdiyi 2024-cü ilin dekabrından bəri üçüncü dəfə həbs qərarı çıxarmasıdır.