Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbələr endirib

21:30 - 2 Yanvar 2026 - DÜNYA

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Hadramaut əyalətindəki Seyyun şəhərinin hava limanına bir sıra hava hücumları həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu iddianı Cənub Keçid Şurasının (STC) separatçılarına yaxın olan AIC televiziya kanalı irəli sürüb.

Kanalın məlumatına görə, Səudiyyə Ərəbistanı təyyarələri hava limanına ən azı üç zərbə endirib. Hücumlar nəticəsində şəhərdə güclü partlayışlar baş verib.

Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Aqel Sky News Arabia-ya hava limanına zərbələri təsdiqləyib.

Xəbər xətti