Tramp sülh planının 28 bənddən 22 bəndə endirildiyini açıqladı

08:40 - 26 Noyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna üçün təklif etdiyi sülh planındakı bəndlərin sayının 28-dən 22-yə endirildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki Ağ Ev rəhbəri Floridaya gedərkən təyyarəsində jurnalistlərə bildirib.
"Bu, adi bir plan idi. Bütün bunlar bir plan idi. Bu, bir plan deyildi. Bu, bir konsepsiya idi", - ABŞ prezidenti deyib.

Ondan ABŞ administrasiyasının təklif etdiyi sülh planının ilkin versiyasını həddindən artıq Rusiyayönlü hesab edən respublikaçı həmkarlarının tənqidlərinə münasibət bildirməsi istənildi.

"Və oradan onlar 28 bəndin hər birindən götürdülər və nəticədə 22 bəndlə nəticələndilər. Onların çoxu həll edildi və əslində çox müsbət həll edildi", - deyə Tramp əlavə edib.

Xəbər xətti