Finlandiyada NATO-nun şərq cinah ölkələrinin ilk zirvə toplantısı keçiriləcək

16:51 - 24 Noyabr 2025 - DÜNYA

Finlandiya Baş naziri Petteri Orpo 16 dekabrda Helsinkidə NATO-nun şərq cinah ölkələri liderlərinin ilk zirvə toplantısını təşkil edəcək.

Ucnoqta.az bildirir ki, bu barədə Finlandiya hökumətinin mətbuat xidməti məlumat verib.

Nəşrin məlumatına görə, sammitdə Bolqarıstan, Latviya, Litva, Polşa, Rumıniya, İsveç və Estoniyanın baş nazirləri iştirak edəcək.

Tədbir zamanı onlar xüsusilə də AB-nin şərq sərhədində Avropa təhlükəsizliyi və müdafiə hazırlığı məsələlərini müzakirə edəcəklər.

Xəbər xətti