Telefon danışığı zamanı Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampa ölkəsinin Tayvan məsələsindəki prinsipial mövqeyini çatdırlb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Pen Qinqen bildirib.
"Telefon danışığı zamanı Si Cinpin Çinin Tayvan məsələsindəki prinsipial mövqeyini izah etdi və hər iki ölkənin İkinci Dünya Müharibəsindəki qələbənin nailiyyətlərini birgə müdafiə etməli olduğunu vurğuladı", - deyə o, brifinqdə iki lider arasında 24 noyabrda baş tutan söhbəti şərh edərkən bildirib.