Tayvan administrasiyası müdafiəyə əlavə 40 milyard dollar ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Taybeyin baş icraçı direktoru Lay Çinde "The Washington Post" qəzetində dərc olunmuş məqaləsində bildirib.
O, vəsaitin ABŞ-dan silah alınmasına istifadə olunacağını qeyd edib. Lay Çinde həmçinin bildirib ki, ada administrasiyası gələcəkdə texnologiyanın və hərbi sənayenin inkişafına investisiya qoymaq niyyətindədir.