ABŞ-ın Ukraynadakı münaqişənin həlli planı Cenevrədə keçirilən danışıqlardan sonra 28 bənddən 19 bəndə endirilib, lakin Vaşinqton hələ də bunu sonrakı danışıqlar üçün əsas hesab edir.
Ucnoqta.az bildirir ki, bu barədə The Washington Post (WP) qəzeti məlumat verib.
Mənbələrinə görə, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüşdən sonra layihə sənədi bazar ertəsi gününə qədər 28 bənddən 19 bəndə endirilib.
Mənbə qeyd edib ki, ABŞ avropalı müttəfiqlərinin təkliflərini faydalı hesab edir. Lakin mənbənin sözlərinə görə, Vaşinqton hələ də ilkin ABŞ planına əsasən əlavə məsləhətləşmələrin aparılmalı olduğuna inanır.