AzTV rəhbərindən Zelenskiyə AĞIR SÖZLƏR - VİDEO

10:57 - 25 Noyabr 2025 - Cəmiyyət

"Gurulutulu alqışlar, təbriklər. İlk baxışdan səmimi görünən gülüşlər, dəstək mesajları. Zelenskini bağrına basaraq Avropa liderləri və beynəlxalq təşkilatların rəhbərləri nə oldu? Bütün bunların hər biri saxta imiş. Lakin günahı yalnız öz mətbəxlərində çirkin oyunlar hazırlayıb dövlətləri də  bu oyunlara alət edən "qoca Qərb"də görmək doğru olmaz. Bu gün Ukrayna xalqının ən böyük faciəsi, düşünürük ki, güclü və ağıllı liderə sahib olmamasıdır!"

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədov müəllifi və aparıcısı olduğu "Həftə" analitik proqramında deyib.

O, Ukrayna lideri barədə sərt ifadələr işlədib. 

"Bəli, Volodimir Zelenski aldanıldı. Nəyə yaxud kimə?! Onu ən müxtəlif və mötəbər beynəlxalq tədbirlərin ən yüksək kürsüsündə oturdanlara" AzTV sədri qeyd edib.

Ətraflı süjetdə:

Xəbər xətti