“Qarabağ” “Napoli”yə qarşı

09:52 - 25 Noyabr 2025 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turunda  Azərbaycan çempionu “Qarabağ” səfərdə “Napoli”nin qonağı olacaq. 

Ucnoqta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da start gptürən matçı polşalı referi Şimon Marçinyak idarə edəcək. Oyun "Stadio Diego Armando Maradona”da keçiriləcək. 

4 turdan sonra “Qarabağ” turnir cədvəlində 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb. 

“Napoli” isə 4 oyundan 4 xal toplayıb və turnir cədvəlində 24-cü yeri tutur. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

00:00. “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)

Neapol, “Stadio Diego Armando Maradona”

Xəbər xətti