Çin Silahlı Qüvvələri 26 noyabrda Sarı dənizdə hərbi əməliyyat keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Dəniz Təhlükəsizliyi Administrasiyası məlumat verib.
Məlumata görə, əməliyyat saat 4:00-dan Pekin vaxtı ilə saat 8:00-at 03:00 qədər davam edəcək.
Dərc olunmuş koordinatlara görə, əməliyyat Şandun yarımadasının şərqində keçiriləcək.
Xəbərdarlıqda bildirilir ki, göstərilən müddət ərzində gəmilərin təyin olunmuş sulardan keçməsi qadağandır.