Polşa yerli istehsal olan suborbital raketi uğurla sınaqdan keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirinin müavini Sezari Tomçik X-də yazıb.
Onun sözlərinə görə, sınaq zamanı bütün təyin olunmuş məqsədlərə nail olunub: mərhələlər düzgün ayrılıb, hədəfə yönəldilib və müəyyən edilmiş trayektoriya üzrə uçub.
Raket 65 km yüksəkliyə çatıb.