Ümidləri doğrultmayan "Bakıkart" mobil tətbiqi - FOTO

11:44 - 25 Noyabr 2025 - Cəmiyyət

Bakıda ictimai nəqliyyatdan istifadənin əlçatanlığını, təmassız ödənişi təmin edəcək, avtobusların real vaxt rejimində izlənməsinə imkan verəcək "Bakıkart" mobil tətbiqi 2025-ci ilin aprel ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən istifadəyə verildi. 

Ucnoqta.az xəbər verir ki, istifadəyə verilməsindən 8 ay keçsə mobil tətbiq istifadəçilərin razı qalmayıb. Tətbiqi 50 mindən yuxarı istifadəçi yükləyib. Belə ki, mobil tətbiqin 1000-dən çox istifadəçisi 5 reytinq üzərindən 1,6 reytinq veriblər. Onlar sistem üzərindən avtobusların real vaxt rejimindən izlənilə bilməməsindən, balans artrıma prosesinin çətin olmasından hesaba daxil ola bilməmələrindən, şifrə təsdiqlənməsindəki problemlərdən, ümumiyyətlə tətbiqin sadə intefeysdə olmamasından narazılıq edirlər. 

Qeyd edək ki, AYNA ictimai nəqliyyatda hazırda test mərhələsində olan "MaaS" (Mobility as a Service) tətbiqini istifadəyə veriləcəyini açıqlayıb.

Mobil tətbiq vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real zaman rejimində izləyə biləcəklər.

Xatırladaq ki, Bakıkart mobil tətbiqi 2023-cü il iyun ayından istifadəyə verilmişdi. Bu mobil tətbiq vasitəsilə istifadəçilər QR bilet vasitəsilə ödəniş, karta məbləğ yükləyə bilirdilər. Həmçinin avtobus dayanacaqlar, avtobusları onlayn izləyirdilər.

2025-ci ilin avqust ayından 100 mindən çox istifadəçisi olan "Bakıkart" mobil tətbiqi və bakikart.az saytı fəaliyyətini dayandırmışdı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi buna səbəb mobil tətbiqdə yaranmış texniki nasazlıq göstərirdi.

Emin


Xəbər xətti