Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turunda Azərbaycan çempionu “Qarabağ” səfərdə “Napoli”nin qonağı olacaq.
Ucnoqta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da start gptürən matçı polşalı referi Şimon Marçinyak idarə edəcək. Oyun "Stadio Diego Armando Maradona”da keçiriləcək.
4 turdan sonra “Qarabağ” turnir cədvəlində 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb.
“Napoli” isə 4 oyundan 4 xal toplayıb və turnir cədvəlində 24-cü yeri tutur.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
00:00. “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)
Neapol, “Stadio Diego Armando Maradona”