ABŞ-ninn Ukrayna üzrə iş planı dəyişdirildi

00:20 - 24 Noyabr 2025 - DÜNYA

Ukrayna və Amerika rəsmiləri Cenevrədə 28 bəndlik sülh planını müzakirə etdilər və onun işçi versiyası artıq orijinaldan fərqlənir.

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times qəzeti Qərb rəsmisinə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, planın işçi versiyası artıq Ukrayna qanunvericisi tərəfindən 20 noyabrda internetdə dərc edilmiş versiyadan fərqlənir.
Rəsmi şəxsin sözlərinə görə, dəyişikliklər Ukrayna və Amerika rəsmiləri arasında aparılan müzakirələrdən sonra edilib.

Nəşr hansı bəndlərin dəyişdirildiyini dəqiqləşdirmir.

Xəbər xətti