İsrailin Qəzzaya endirdiyi hava hücumu nəticəsində iki fələstinli həlak olub

12:08 - 24 Noyabr 2025 - DÜNYA

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində yerləşən Bani Suheila şəhərinə İsrailin endirdiyi hava hücumu nəticəsində ən azı iki fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki Qətərin Əl-Cəzirə televiziya kanalı hücumun pilotsuz təyyarə tərəfindən həyata keçirildiyini bildirib. Digər iki yerli sakinin də yaralandığı bildirilir.

Xəbər xətti