Braziliya Malayziyanın BRICS-ə tamhüquqlu üzv kimi qoşulmasını dəstəkləyəcək

08:17 - 27 Oktyabr 2025 - DÜNYA

Malayziya BRICS-ə tamhüquqlu üzv kimi qoşulmaq qərarına gələrsə, Braziliyanın dəstəyinə güvənə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının lideri Luiz İnasio Lula da Silva krallığa dövlət səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.

Braziliya lideri əlavə edib ki, Malayziyaya səfərini ikitərəfli əməkdaşlığı davam etdirmək və ölkələr arasında ticarət artımını təşviq etmək öhdəliyi ilə başa vurur.

Malayziya BRICS tərəfdaş dövlətidir.

Xəbər xətti