Macarıstanın baş naziri Viktor Orban Vaşinqtona səfərə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda danışıqlardan sonra bildirib.
"Biz görüşü əla atmosferdə keçirdik və bu, nəzərdə tutulduğundan daha uzun sürdü, lakin bunun üçün yaxşı səbəblər var idi, çünki sülh səyləri və baş nazirin Vaşinqtona gözlənilən səfəri ilə bağlı məsələləri müzakirə etmək lazım idi" - nazir deyib.