Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırılıb

14:49 - 20 Oktyabr 2025 - Xəbər

Bu gün Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılıb.

Ucnoqta.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar saat 13:50-dən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri görülür. Sumqayıt şəhəri, 52-ci məhəllə və Novxanı bağlarının bir hissəsinin, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Xəbər xətti