Tripolidə baş verən qarşıdurmalarda azı 12 nəfər ölüb

22:25 - 24 Avqust 2025 - DÜNYA

Liviya paytaxtının qərbində baş verən silahlı toqquşmalarda azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Tripoli ətrafında toqquşmalar naməlum silahlı qruplaşmanın Liviya Milli Razılıq Hökumətinə sadiq olan 55-ci briqadanın komandiri Müəmmər əl-Dəviyə sui-qəsd cəhdindən sonra başlayıb. Kanalın məlumatına görə, əl-Dəvinin özü xəsarət almayıb.

Xəbər xətti