Mercedes-Benz "Nissan Motor"dakı payını satır

11:37 - 26 Avqust 2025 - İQTİSADİYYAT

Alman avtomobil istehsalçısı Mercedes-Benz-in pensiya tresti Yaponiyanın Nissan Motor Co.-dakı payını 47,83 milyard yenaya (324,65 milyon dollar) satıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mercedes-Benz-in sözçüsü avqustun 25-də bildirib ki, trest Nissan-dakı 3,8 faiz payını satmağı planlaşdırır.

2016-cı ildə alman şirkətinin pensiya aktivlərinə köçürülən payın heç bir strateji əhəmiyyəti yoxdur, deyən Mercedes-Benz sözçüsü onu satmaq qərarını “portfelin təmizlənməsi” kimi qiymətləndirib.

Mənbənin məlumatına görə, yapon avtomobil istehsalçısının səhmləri Mercedes-Benz tərəfindən 341,3 yen qiymətinə satılıb ki, bu da bazar ertəsi bazar bağlanmasından 5,98 faiz aşağıdır.

Xəbər xətti