Yaponiya Çinə nota verib

07:34 - 26 Avqust 2025 - DÜNYA

Yaponiya hökuməti Şərqi Çin dənizinin mübahisəli bölgəsində yeni qurğu tikmək planlarına görə Çinə etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi deyib.

“Biz Çinin Şərqi Çin dənizində coğrafi bərabərlik xəttinin şərqində daha bir qurğu tikmək niyyətini dəqiqləşdirdik.

Eksklüziv iqtisadi zonalar və qitə şelfinin demarkasiya edilmədiyi halda Çinin bu sahədə birtərəfli addımlar atmasını son dərəcə təəssüfləndirici hesab edirik”, - deyə o, diplomatik kanallarla Çinə kəskin etiraz edildiyini qeyd edib.

Xəbər xətti