İsrail Müdafiə Qüvvələri husilərin nəzarətində olan Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Yəmənin Ras İsa, Hodeyda və Əs-Salif limanlarından insanların dərhal təxliyyə edilməsini istəyib.
Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçai Edri özünün X sosial media səhifəsində ərəb dilində xəbərdarlıq edib.
Bildirilib ki, Ənsar Allah üsyançı hərəkatından olan husilər bu obyektlərdən terrorçu fəaliyyətləri üçün istifadə edirlər.
"Biz hər kəsi bu limanları tərk etməyə və növbəti xəbərdarlığa qədər onlardan uzaq olmağa çağırırıq. Bu, sizin təhlükəsizliyiniz üçündür", - Edri Yəmən sahil zolağının Ras İsa, Hodeyda və Salifi göstərən peyk şəkli ilə birlikdə yazıb.