Yevlax rayonunda 26 yaşlı kişi su kanalında boğulub.
Ucnoqta.az xəbər verir ki, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində qeydə alınıb.
Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən suda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub, hazırda axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.