İspaniya Kralı və qızı hərbi təlimdə təyyarə idarə etdilər

14:35 - 19 İyun 2026 - DÜNYA

İspaniya Kralı VI Filip və qızı, taxt-tacın varisi Asturiya şahzadəsi Leonor, hərbi təliminin bir hissəsi olaraq Pilatus PC-21 təyyarəsində birgə uçuş həyata keçirdilər və bu uçuşa da nəzarət etdilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbi təlimini başa vurduqdan sonra şahzadə Asturiya III Karlos adına Madrid Universitetində siyasi elmlər üzrə təhsil alacaq.

"El Pais" qəzetinin məlumatına görə, bu, VI Filipin taxt-tacın varisi ilə ilk birgə uçuşudur.

Xəbər xətti