Futbol üzrə dünya çempionatının D qrupunun II turunda Türkiyə - Paraqvay oyunu baş tutub.
Ucnoqta.az xəbər verir ki, San-Fransiskonun Bay Arena stadionunda keçirilən matç Paraqvay millisinin qələbəsi ilə yekunlaşıb. Oyunun 2-ci dəqiqəsində Matias Qalarsa Paraqvayı önə çıxarıb. Birinci hissənin əlavə olunmuş 3-cü dəqiqəsində rəqib oyunçu Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün meydandan qovulub.
Azlıqda qalan Paraqvay millisi 1:0 hesabı ilə Türkiyə yığmasını məğlub edib.
Xatırladaq ki, Türkiyə millisi keçirdiyi ilk görüşdə Avstraliya yığmasına da məğlub olmuşdu.
Sonuncu ABŞ millisi ilə oyunun nəticəsindən asılı olmayaraq Türkiyə yığması növbəti mərhələyə yüksəlməyəcək.
D qrupu
20 iyun
07:00. Türkiyə - Paraqvay - 0:1
Qol: Matias Qalarsa, 2
Qırmızı vərəqə: Migel Almeron, 45+3 (Paraqvay)