1995/96 mövsümünün İtaliya futbol çempionatının ən yaxşı bombardiri olan İqor Protta 58 yaşında vəfat edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, son illərdə Protti xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Protta karyerasının çox hissəsini B və C Seriyası klublarında keçirib. 1995/96 mövsümündə "Bari"də oynayarkən, Cüzeppe Sinyori ilə birlikdə 24 qolla A Seriyasının ən çox bombardiri olub. Bundan sonra o, "Latsio" və "Napoli"də çıxış edib, lakin çox uğur qazana bilməyib.