Cəlilabadda elektriki "tok" vurdu

18:11 - 18 İyun 2026 - HADİSƏ

Cəlilabadda montyoru elektrik cərəyanı vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub.

Xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. ///APA

Xəbər xətti