İngiltərədə qatarların toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb

13:38 - 20 İyun 2026 - DÜNYA

İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb, onlardan 30-dan çoxu xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, Britaniya Nəqliyyat Polisi bu barədə məlumat verib.

Bildirilir ki, 33 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır. Digər 56 nəfər isə aldıqları xəsarətlərə görə tibbi yardım alıb.

Əvvəllər toqquşma nəticəsində bir nəfərin öldüyü bildirilirdi. Polis ölən şəxsin qatarlardan birinin maşinisti olduğunu müəyyən edib.

Hadisə 19 iyun tarixində yerli vaxtla təxminən saat 17:15-də baş verib.

Xəbər xətti