Almaniyanın cənub-qərbindəki Rastatt şəhərində keçirilən idman festivalında ildırım düşməsi nəticəsində doqquz nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bild qəzeti yerli polisə istinadən məlumat yayıb.
Yaralılardan altısı xəstəxanaya yerləşdirilib. Onların həyatı təhlükədə deyil.