Tramp İsraili Livana qarşı növbəti hücumlardan çəkindirə biləcəyini deyib

18:07 - 19 İyun 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İsraili Livana qarşı növbəti hücumlardan çəkindirə biləcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Axios jurnalistləri ondan Livana qarşı növbəti hücumların qarşısını ala bilib-bilməyəcəyini soruşublar.
"Bəli, edə bilərəm. Bu, təəccüblü deyil: onlar mənə çox hörmət edirlər və dediklərimi edirlər", - deyə o bildirib.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin "Hizbullah" hərəkatının qoşunlarına qarşı hər hansı hücumuna cavab verəcəyini bildirmiş və İsrail qoşunlarının Livanın cənubundan geri çəkilmək niyyətində olmadığını vurğulamışdı.

Xəbər xətti