Fevralın 8-də İsrail hökuməti Qəzza zolağı sərhədindən bir neçə onlarla kilometr şərqdə, Negev səhrasında, Müqəddəs Kitabda xatırlanan Ziklaq şəhəri yaxınlığında əlavə beynəlxalq hava limanı tikmək planını nəzərdən keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İsrail Baş Nazirinin Ofisi açıqlayıb.
Ofis qeyd edib ki, qərar Baş nazir tərəfindən məsələni nəqliyyat naziri Miri Regev və Maliyyə, Nəqliyyat və Müdafiə nazirliklərinin yüksək vəzifəli şəxsləri ilə müzakirə etdikdən sonra verilib.
Bundan əlavə, Baş Nazirin Ofisi əlavə beynəlxalq hava limanının yaradılmasını milli zərurət" adlandıraraq, İsrailə və İsraildən uçuşların sayının daim artmasına istinad edib.