İsrailə səfər edən ABŞ Prezidentinin Sülhməramlı Əməliyyatlar üzrə Xüsusi Elçisi Stiven Vitkoff və İsrail Baş naziri Benyamin Netanyahu Qüdsdə görüşə başlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat verib.
Netanyahunun ofisindəki mənbələrə görə, görüşdə İsrail təhlükəsizlik xidmətlərinin rəhbərləri də iştirak edir.
Daha əvvəl Amerikanın "Axios" xəbər agentliyi mənbələrə istinadən Uitkoffun fevralın 6-da İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcəyi gözlənilirdi. "Axios"un məlumatına görə, tərəflərin danışıqlar zamanı mümkün nüvə sazişini müzakirə edəcəyi gözlənilir.