Nigeriyanın şimalındakı Katsina əyalətində Doma şəhərinə edilən terror hücumunda ən azı 20 mülki şəxs həlak olub.
Ucnoqta.az xəbər verir ki, "Arise News" bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyri-müəyyən sayda yerli sakin müxtəlif dərəcəli ağırlıqda yaralanıb, 100-dən çox insan evlərindən qaçaraq yaxınlıqdakı meşədə gizlənib.
Bir gün əvvəl Makama portalı Nigeriya Hərbi Hava Qüvvələrinin Domanın da daxil olduğu Faskari rayonundakı terrorçu bazalarına zərbə endirdiyini bildirib. 27 yaraqlı öldürülüb. Hava zərbəsi antiterror əməliyyatının bir hissəsi olaraq həyata keçirilib.