"Venera" restoranında nöqsanlar aşkarlandı

17:14 - 4 Fevral 2026 - Xəbər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Qazıqurdalı kəndində Vüqar Firqət oğlu Ələsgərova məxsus “Venera” kafesində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə etiket məlumatları olmayan turşuların istehlaka təqdim edildiyi müəyyən olunub.

“Həmçinin xammal və inqrediyentlərin saxlanma şəraitinə əməl edilmir, qida məhsullarının donunun açılması proseduru normalara uyğun həyata keçirilmir, havalandırma sistemi quraşdırılmayıb, müvafiq təmizlik işləri görülmür, işçilər tibbi müayinədən keçirilməyib və digər tələblər pozulub”, - deyə məlumatda vurğulanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Xəbər xətti