Pakistan İran-ABŞ danışıqlarında iştirak edəcək

09:23 - 4 Fevral 2026 - DÜNYA

Pakistan iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş İran-ABŞ dialoqunda iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə PTV-yə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi məlumat verib.

Onun sözlərinə görə, Pakistan İran-ABŞ məsləhətləşmələrinə dəvət olunub və İslamabadın mövqeyi danışıqlar zamanı nəzərə alınacaq.

Daun qəzetinə diplomatik mənbə bildirib ki, Pakistanın iştirakı gərginliyin azaldılmasında həlledici amil kimi qəbul edilir, çünki İslamabad danışıqlar prosesini asanlaşdırmaq üçün pərdəarxası işləyir. 

Xəbər xətti