Müəllimlər üçün mobil tətbiq istifadədədir
Ucnoqta.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” mobil tətbiqi hazırda istifadə olunur. Tətbiq elektron jurnalın imkanlarını genişləndirir və müəllimlərə davamiyyət, qiymətləndirmə, tədrisin planlaşdırılması və akademik nəticələrin izlənilməsi kimi əsas prosesləri mobil şəkildə daha rahat idarə etməyə imkan verir.
Hazırda tətbiq “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur, mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır.
Tətbiq iOS və Android üçün əlçatandır — “Müəllim” adı ilə axtararaq yükləyə bilərsiniz.