Bu marşrutlar üzrə yeni daşıyıcılar seçildi

17:01 - 3 Fevral 2026 - Xəbər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı–Gəncə, Bakı–Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Mingəçevir–Horadiz, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, həmçinin Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilir ki, Bakı–Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;

Bakı–Laçın marşrutu üzrə hüquqi şəxs “Qarabağ Bus” MMC;

Mingəçevir–Horadiz marşrutları üzrə fiziki şəxslər Hüseynova Yeganə Nasib qızı və İsgəndərov Roman Şükür oğlu;

Gəncə–Qazax marşrutları üzrə fiziki şəxslər Heydarlı Orxan Vaqif oğlu və Bayramov Həsən Rəsul oğlu;

Qazax–Gəncə marşrutları üzrə fiziki şəxslər Rzayev Alxan Rafiq oğlu və Yolçuyev Asəf Rəfayıl oğlu;

Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Xəbər xətti