Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığını bərpa etməyə hazırdır və Amerika administrasiyasının qərarını gözləyir.
Ucnoqtaş.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
"Siz Gürcüstan-Amerika münasibətlərinin kontekstindən xəbərdarsınız. Bu kontekst çox çətindir; onu Bayden administrasiyası yaradıb.
Görəcəyik; səbirlə gözləyirik. Biz strateji tərəfdaşlığı sıfırdan və aydın bir istiqamətdə bərpa etməyə hazır olduğumuzu bildirən açıq bəyanat verdik. Biz Amerika administrasiyasının qərarını gözləyirik", - Kobaxidze bildirib.