Bu ölkə ordunun döyüş hazırlığı yoxlamalarına başladı

13:27 - 26 Yanvar 2026 - DÜNYA

Belarus Silahlı Qüvvələrində bölmələrin və hərbi birləşmələrin döyüş hazırlığı yoxlamaları başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublikanın Müdafiə Naziri Viktor Xrenin məlumat verib.

Nazir qeyd edib ki, bu fəaliyyətlərin əsas məqsədi şəxsi heyətin təyin olunmuş bütün tapşırıqları yerinə yetirməyə hazırlığını və qabiliyyətini qiymətləndirməkdir.

Onun sözlərinə görə, yoxlamanın son mərhələsi yoxlamada iştirak edən bölmələr və hərbi hissələrin iştirakı ilə müxtəlif təlim meydançalarında və yerlərində hərtərəfli təlimi əhatə edəcək.

Xəbər xətti