"Macarıstanı qorxutmaq olmaz" - Orban

17:27 - 25 Yanvar 2026 - DÜNYA

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskinin ona qarşı hücumlarından sonra Budapeştin təzyiq və ya təhdidlərə boyun əyməyəcəyini bildirib.

"Macarıstanı qorxutmaq olmaz. Prezidentlər gəlib gedir, şəxsi təhqirlər baş verə bilər, amma Macarıstanın ləyaqəti müzakirə mövzusu deyil", Orban X-də yazıb.

Bu təhqirlərə cavab olaraq Orban xəbərdarlıq edib ki, həyat hər şeyi öz yerinə qoyacaq və hər kəs layiq olduğunu alacaq. O, həmçinin Zelenskini "müharibəni dayandıra bilməyən və ya dayandırmaq istəməyən" bir adam adlandırıb.

Xəbər xətti