9 yaşlı uşaq dəm qazından boğuldu

09:32 - 26 Yanvar 2026 - ÖLKƏ İÇİ

Samuxda 9 yaşlı uşaq dəm qazından zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, 2017-ci il təvəllüdlü M.Əsgərov Samux şəhəri, 28 May küçəsində hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti