Litva hələ də Belarusla sərhəddəki buraxılış məntəqələrində ağır tonnajlı yük maşınlarının rəsmiləşdirilməsini tam bərpa etməyib.
Ucnoqta.az bildirir ki, bu barədə Belarus Respublikası Dövlət Gömrük Komitəsi (DGK) məlumat verib.
DGK-nın Telegram kanalında yayımlanan açıqlamasında deyilir ki, Litva tərəfi hələ də Belarus Kamennı Loq və Benyakoni buraxılış məntəqələrinin yaxınlığındakı buraxılış məntəqələrində yük maşınlarını rəsmiləşdirmir.
DGK-nın məlumatına görə, hazırda çıxış üçün elektron növbədə 45 nəqliyyat vasitəsi qeydiyyatdadır.