Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan ABŞ ilə münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib

12:58 - 26 Yanvar 2026 tarixində dərc olunub.

Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığını bərpa etməyə hazırdır və Amerika administrasiyasının qərarını gözləyir.

Ucnoqtaş.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

"Siz Gürcüstan-Amerika münasibətlərinin kontekstindən xəbərdarsınız. Bu kontekst çox çətindir; onu Bayden administrasiyası yaradıb.

Görəcəyik; səbirlə gözləyirik. Biz strateji tərəfdaşlığı sıfırdan və aydın bir istiqamətdə bərpa etməyə hazır olduğumuzu bildirən açıq bəyanat verdik. Biz Amerika administrasiyasının qərarını gözləyirik", - Kobaxidze bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası