İrandakı etirazlarda ölənlərin sayı ilə bağlı yeni məlumatlar

00:06 - 26 Yanvar 2026 - DÜNYA

8 və 9 yanvar tarixlərində baş verən kütləvi etirazlar zamanı İranda ölənlərin sayı 30.000-ə çata bilər.

Ucnoqta.az xəbər verir ki, Amerikanın "Time" jurnalı İslam Respublikası Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmilərinə istinadən yazıb ki, etirazlar zamanı o qədər çox insan öldü ki, təcili yardım xidmətlərində cəsəd torbaları qurtarıb.
Nəşr iddia edir ki, təcili yardım maşınları əvəzinə traktor qoşqularından istifadə edilib.

Bundan əvvəl Britaniyanın "Daily Mail" qəzeti tibb mütəxəssislərinin 8-9 yanvar gecəsi İranda ən azı 16.500 etirazçının öldüyünü təxmin etdiyini bildirmişdi. Yerli jurnalist Nazənin Ənsari hadisələri "İran Holokostu" adlandırmışdı.

İranın xarici işlər naziri Abbas Əraqçi iğtişaşlarda 3000-dən çox insanın öldüyünü bildirib: 2427 mülki şəxs və təhlükəsizlik işçisi, 690 terrorçu.

Xəbər xətti