Dünya və Avropa çempionu Serxio Ramos "Five Eleven Capital" holdinq şirkəti ilə birlikdə İspaniyanın "Sevilya" klubunu almaq üçün prinsipial razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məlumat verib.
Məlumata görə, ayın sonuna qədər bağlanması planlaşdırılan müqavilənin ümumi dəyəri 450 milyon avrodur. Ramos və tərəfdaşları hazırda klubun maliyyə hesabatlarını nəzərdən keçirirlər. "Sevilya" səhmdarlarının təklifi təsdiqlədiyi bildirilir.
39 yaşlı Ramos hazırda Meksikanın "Monterrey" klubunda oynayır.