İsrail İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata başlayıb
Ucnoqta.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) Qərb Sahilinin şimalında genişmiqyaslı antiterror əməliyyatına başladığını elan edib.
Bildirilir ki, çərşənbə axşamı İMQ, Sərhəd Polisi və Baş Təhlükəsizlik Xidməti (BTX) Samariyanın şimalında genişmiqyaslı antiterror əməliyyatının bir hissəsi olaraq əməliyyatlara başlayıb.
İMQ-nin sözçüsü əlavə edib ki, İsrail təhlükəsizlik qüvvələri terrorizmin bu ərazidə kök salmasına imkan verməyəcək və terrorizmin qarşısını almaq üçün aktiv tədbirlər görür.