Məşhur boks məşqçisi mənzilində ölü tapılıb

00:12 - 20 Oktyabr 2025 - Xəbər

Məşhur sovet boks məşqçisi Oleq Çexov Reutovdakı mənzilində ölü tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mash on Sport” Telegram kanalı məlumat yayıb.

Məşqçinin meyitini atəş səslərini eşidən qonşular aşkar ediblər. Onun intihar etdiyi güman edilir .

Çexov 30 ildən artıq məşqçilik təcrübəsi olan yüksək səviyyəli məşqçidir (o cümlədən 1971-1977-ci illərdə Luç İdman Klubunda; 1978-1983 və 1985-1991-ci illərdə Moskva Hərbi Dairəsində; 1983-1985-ci illərdə Anqola millisində və indiki Luch19 İdman Klubunda).

Çexovun məzunları arasında dünya və Avropa çempionları da var. Ümumilikdə onun yetirmələri SSRİ çempionatlarında və Spartakiadalarda 20-dən çox medal qazanıblar.

Xəbər xətti