Futbol üzrə İsrail çempionatının yeddinci turu çərçivəsində Təl-Əvivin “Hapoel” və “Makkabi” klubları arasında keçirilən oyun azarkeşlərin davranışı səbəbindən ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Makkabi”nin mətbuat xidməti məlumat yayıb.
Ynet-in məlumatına görə, oyundan əvvəl azarkeşlər meydançaya tüstü bombaları və atəşfəşanlıq atıblar ki, bu da görmə qabiliyyətini aşağı salıb.
Bundan sonra hər iki komandanın təmsilçiləri paltardəyişmə otaqlarına yollanıblar. Polis daha sonra oyunu keçirməmək qərarına gəlib.
Azarkeşlərin bu hərəkətləri nəticəsində 3 hüquq-mühafizə orqanı əməkdaşı və 12 mülki şəxs yaralanıb. Polisin asayişi pozduğu üçün ondan çox adamı saxladığı bildirilir.