Messi mövsümün ən yaxşı bombardiri seçilib

09:59 - 19 Oktyabr 2025 - İDMAN

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Major League Soccer (MLS) müntəzəm mövsümünün ən yaxşı bombardiri olub.

Ucnoqta.az xəbər verir ki, final matçında Messi" Nashville" ə üç qol vurub (5-2). Argentinalı mövsümdə 29 qol vurub.

"İnter Mayami" Şərq Konfransında üçüncü olub və pley-offa yüksəlib.

"İnter Mayami" pley-off mərhələsinin ilk mərhələsində "Nashville" ilə qarşılaşacaq. İlk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.

Xəbər xətti