"Yaxın Şərq qeyri-sabitdirsə, deməli, ..." - Çin lideri

14:42 - 19 İyun 2025 - DÜNYA

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi qlobal təhlükəsizliyə təsir edir.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Çin sədri Si Cinpin deyib.

"Yaxın Şərq qeyri-sabitdirsə, deməli, bütün dünya təhlükəsiz deyil. İsrail-İran münaqişəsi regionda gərginliyin qəfil artmasına səbəb olub və qlobal təhlükəsizliyə ciddi təsir edib” - Si Çinpin qeyd edib.

Xəbər xətti